BaşlıcaSiyasət

Ushakov:  “Paşinyan Moskvada keçiriləcək Aİİ-nin 10-cu sammitinə sədrlik edəcək”

Avrasiya İqtisadiyyat İttifaqının sədri olan Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilatın mayın 8-də Moskvada keçiriləcək yubiley sammitinə rəhbərlik edəcək.

 Bu haqda jurnalistlərə RF Prezidentinin köməkçisi Yuri Uşakov brifinq ərzində  məlumatlandırıb.

Sessiya Avrasiya İqtisadiyyat İttifaqı haqqında müqavilənin imzalanmasının 10-cu ildönümünə həsr olunub” – deyə Uşakov xatırladaraq  əlavə edib ki, Aİİ ölkələrinin liderləri yubiley sammitini Moskvada keçirmək qərarına gəliblər.

RF Prezidentinin köməkçisi bildirib ki, tədbir Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək. Bu il Yerevan Aİİ-na sədrlik edir.

Daha çox göstər
Back to top button