
ER Parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti İyunun 3-6-da Sloveniya Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə ER Parlamentindən məlumat veriblər.
Səfər çərçivəsində Sloveniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts-Musar, Sloveniya Respublikası Parlamentinin sədri Urşka Klakoçar Zupançiç və SR Baş nazirinin müavini, Xarici və Avropa işləri naziri Tanya Fayon ilə ikitərəfli görüşlər nəzərdə tutulur.







