
ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və sabit sülhün bərqərar olmasına tərəfdardırlar. Bu barədə ABŞ və Fransa prezidentlərinin Paris danışıqlarının yekunlarına dair birgə bəyanatında deyilir.
“ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər. Prezidentlər hakim “Gürcü arzusu” partiyasını ictimaiyyətin istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa çağırırlar.
ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa və suverenlik, sərhədlər və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.
Onlar regionun bütün xalqlarının rifahı naminə Cənubi Qafqazda gələcək regional inteqrasiyanı dəstəkləyirlər” – deyə Co Bayden və Emmanuel Makron birgə bəyanatda bildiriblər.







