BaşlıcaSiyasət

Rusiya XİN KTMT-nin büdcəsinə düzəlişlərin edilməsi zərurətini açıqlayıb

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın bu il təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etmək qərarını nəzərə alaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsiə düzəliş edilməlidir.

Bu barədə Rusiya XİN bildirib.

“Təbii ki, Ermənistan rəhbərliyinin hesablanmış ödənişi ödəməkdən imtina etməsini nəzərə alaraq, KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır. Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarının layihəsi hazırlanır. Lakin “ödənişlərin yenidən bölüşdürülməsi”ndən söhbət getmir. Eyni zamanda, Moskva hesab edir ki, İrəvan KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini özündə saxlayır.

İstənilən halda, biz hesab edirik ki, Yerevan təşkilatın nizamnaməsinə və KTMT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq edilmiş digər sənədlərə uyğun olaraq maliyyə tələblərini yerinə yetirməyə borcludur”, – Rusiya XİN qeyd edib.

Daha çox göstər
Back to top button