
Bir ilə yaxın fasilədən sonra Amerika tərəfi Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarını təşkil edə biləcəkmi?
İyunun 29-da Bakıda ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanın gələn ayın birinci yarısında Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşlar görüşünə dəvət edildiyini açıqlayıb.
Rəsmi Yerevan artıq görüşə dəvəti qəbul edib, indiyədək Bakıdan heç bir ictimai reaksiya yoxdur.
Amerikanın yüksək rütbəli diplomatının Azərbaycana səfəri sülhün bərqərar olması mesajı ilə idi. Ceyms O`Brayen də dünən iki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.
Siyasi şərhçi Hakop Badalyan Vaşinqtonda danışıqların bərpa oluna biləcəyini istisna etmir.







