
Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti İsrailə neft ixracı ilə bağlı ittihamları rədd edib. TRT Haber yazır ki, Şirkətin təsdiqinə görə, neftin İsrailə ixrac edildiyi iddiaları əsassızdır.
“BOTAŞ tərəfindən İsrailə neft ixracı ilə bağlı əsassız iddialar barədə ictimaiyyətin dəqiq məlumatlandırılmasına ehtiyac var. BOTAŞ xam neftin satışı və ticarəti ilə bağlı heç bir fəaliyyət həyata keçirmir” – deyə məlumatda bildirilir.
Əlavə edək ki, Azərbaycandan İsrailə neftin tədarükü Türkiyə ərazisi ilə həyata keçirilir. Xəzər dənizindən hasil edilən neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatır və oradan tankerlər Hayfaya aparırlar.
Bakı-Tbilisi-Ceyhan İsrailin illik xam neft istehlakının təxminən 40 faizini təmin edir.







