BaşlıcaSiyasət

“Kommunikasiyaların blokdan çıxarılması Cənubi Qafqazda sülhə kömək edəcək”

Biz konstruktiv təklif irəli sürmüşük və Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsində konstruktivik. Bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı  bildirib.

“Biz hesab edirik ki, embarqonun bu şəkildə ləğvi təkcə Ermənistan və Azərbaycana deyil, həm də region ölkələrinə və daha geniş regiona iqtisadi fayda gətirə bilər.

Üstəlik, inanırıq ki, bu proqram və blokadanın götürülməsi sülhün bərqərar olmasına töhfə verən əlavə amilə çevriləcək. Ona görə də biz “Sülh kəsişməsi” təşəbbüsünü irəli sürdük.

Yeri gəlmişkən, maraqlı faktdır ki, ER Baş naziri ilk dəfə Tbilisidə “Sülh kəsişməsi” təşəbbüsünü təqdim edib” – deyə Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button