BaşlıcaSiyasət

Azərbaycan Fransa və Hollandiyada daxili siyasi vəziyyəti sarsıdır

İyulun 17-18-də Bakıda “Fransız müstəmləkəçiliyindən əziyyət çəkən” Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalarının müstəqilliyi uğrunda 15-dən çox siyasi partiya və hərəkatın rəhbərlərinin iştirak edəcəyi birinci qurultay keçiriləcək.

Konfrans Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı və Bakı Təşəbbüs qrupunun dəstəyi ilə təşkil olunub.

APA agentliyinin məlumatına görə, qurultayın keçirilməsi ideyası Fransanın dəniz kənarındakı ərazilərinin müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlara məxsusdur.

Hollandiyanın koloniyaları olan Bonner və Sent-Martin adalarından üç təşkilat Konqresin işində fəxri qonaq qismində iştirak edəcək.

Daha çox göstər
Back to top button