
Qarışıq döyüş növləri üzrə Ermənistan komandası dünya komandası ilə yarışacaq. Tədbir avqustun 23-də Yerevanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək. Biletlər Ticketon.am saytında satılır.
Təşkilatçısı iri idman tədbirlərinin aparıcı təşkilatçısı olan Rusiyanın məşhur “Fight Nights” təşkilatı, yerli təmsilçisi isə “Orion Sports Club” idman təşkilatıdır.
Tədbirin proqramına “Ermənistan komandası dünya komandasına qarşı” formatında beş maraqlı döyüş, eləcə də məşhur döyüşçülərin iştirakı ilə bir neçə reytinq döyüşləri daxildir.







