Başlıcaİctimaiyyət
Gürcüstan, Ermənistan və Azərbaycanda orta ömür uzunluğu Tbilisidə hesablanıb

Gürcüstanda orta ömür uzunluğu AB ölkələrindən 7 il azdır.
Bu haqda Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi bildirir.
Gürcüstanda orta ömür uzunluğu 74 ildir, qadınlar orta hesabla kişilərdən (69,7 il) xeyli uzun (79,2 il) yaşayır.
“Sputnik Qruziya”-nın məlumatına görə, bu göstəriciyə görə Gürcüstan 200 ölkə arasında 101-ci yerdədir.
Avropada gözlənilən ömür uzunluğuna görə lider insanların orta hesabla 84 il yaşadığı İspaniyadır. Ondan sonra İtaliya (83,7 il) və Malta (83,6 il) gəlir.
Qonşu ölkələrə gəlincə, Gürcüstan yalnız Rusiyanı (73,3 il) qabaqlayır.
Türkiyədə orta ömür uzunluğu 77,8 il, Azərbaycanda 74,5 il, Ermənistanda 75,8 ildir.







