İlin sonuna kimi Ermənistanda yeni tikilmiş 45 məktəb istifadəyə veriləcək

Bu ilin sonuna kimi Ermənistanda 45 yeni tikilib istifadəyə verilən məktəb olacaq, tikilməkdə olan məktəblər də var. Bu barədə baş nazirin müavini Tiqran Xaçatryan bildirib.
“Bu ilin əvvəlində bizdə 28 yeni tikilib istifadəyə verilmiş məktəb var idi. Sentyabrın 1-dən daha 7-si istifadəyə veriləcək. İlin sonuna qədər davam edən daha 10 məktəbin tamamlanması prosesini davam etdirəcəyik. Yəni ilin sonuna kimi biz 45 məktəbi bitirib istifadəyə verəcəyik, daha 26-nın tikintisi davam edir. Onların 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır”, – Xaçatryan vurğulayıb.
Ötən il 111 yeni tikinti tenderinə start verilib, onlardan 76-nın müqaviləsi artıq bağlanıb, sentyabrda isə daha 30 tender elan olunacaq.
“Yəni, bu ili yeni tikilən və ya tikintisi davam edən məktəblərin sayının 210-u ötməsi ilə yekunlaşdıraq”.
İl ərzində 50-dən çox məktəbdə də təmir işlərinə başlanacaq. Bu hesablamaya yeni idman zallarının tikildiyi məktəblər daxil deyil.







