
Ukraynada davam edən Rusiya-Qərb müharibəsi zamanı Rusiyanın mövqelərinin zəiflədilməsi baxımından ən praktik addımlardan biri Rusiya üçün ikinci cəbhənin açılması hesab olunurdu, bundan Rusiya hər vəchlə qaçmağa çalışırdı.
Bu barədə öz səhifəsində Ermənistan “Hanrapetakan”Partiyasının Ali Şurasının üzvü Qagik Minasyan yazıb və yazısını “Rusiya üçün yeni cəbhə” adlandırıb.
O, xüsusilə qeyd edib: “İsrailin davamlı təxribatçı addımları nəticəsində dünən İranın hərbi münaqişəyə cəlb edilməsi ABŞ və Qərb üçün yeni, ikinci cəbhə ola bilər – onların Ukrayna cəbhəsinə əhəmiyyətini azaldaraq Rusiyanın oradakı imkanlarını artırar.
İranın rəqibləri İran-İsrail hərbi münaqişəsini ilk növbədə İranda hakimiyyət dəyişikliyini həyata keçirmək, ölkəni Rusiya və Çin ittifaqından ayırmaq vasitəsi kimi görürlər və ehtimal ki, hərbi münaqişəni tez bir zamanda bitirmək üçün İranın təkliflərinə razı olmayacaqlar.
İranın siyasi oriyentasiyasının zorla dəyişdirilməsi artıq Rusiya üçün qətiyyən qəbuledilməz olmalıdır, çünki bu, Rusiyanın İran vasitəsilə Hind okeanına birləşdirən Şimal-Cənub dəhlizinin həyata keçirilməsini məhv edir”.







