BaşlıcaSiyasət

ER Prezidenti:”DQ ermənilərinin geri dönməsi məsələsində realist olmalıyıq”

Ermənistan Prezidentinin fikrincə, Dağlıq Qarabağdan köçürülmüş ermənilərin geri dönmə imkanlarına dair realist olmaq lazımdır və bu məsələnin həllinə Yerevan və Bakı arasında sülh şəraiti qurulandan sonra baxmaq mümkündür.

Ermənistan Prezidenti bu barədə journalist və “Şant” televiziya kanalına verdiyi müsahibədə danışıb. Ermənistan Prezidentinin fikrincə, Qarabağ ermənilərinin geri dönmə imkanı daha uzunmüddətli bir məsələdir.

“Məncə, bu məsələnin həllinə yalnız Azərbaycanla həqiqətən sülh şəraitində münasibətlər qurduğumuz zaman baxmaq lazımdır. Realist olmalıyıq və bu, hazırkı vəziyyəti düzgün qiymətləndirməyi nəzərdə tutur.

Yəni bu geri dönüş bu gün realdırmı, yoxsa yox? Axı orada müxtəlif amillər var, məsələn təhlükəsizlik və Qarabağ erməniləri üçün müəyyən şərtlər” – deyə Ermənistan Prezidenti qeyd edib.

Prezidentin sözlərinə görə, məhz bu məsələ hazırda hər hansı bir problemin həllinə mane olur. Prezidentin fikrincə, hətta sülh müqaviləsi və ya sülhün bərqərar olması barədə danışarkən də tərəflərin bəyanatları və reaksiyalarında müxtəlif vəziyyətlər ola bilər. Ancaq bu, o demək deyil ki, həmin istiqamətdə işləri dayandırmaq lazımdır.

“Əksinə, işləmək lazımdır, hazır olmalıyıq ki, qarşı tərəf bizim fikirlərimizlə razılaşmaya bilər. Danışıqların məqsədi fikir ayrılıqlarını mümkün qədər aradan qaldırmaq və minimuma endirməkdir ki, nəticədə masaya ikitərəfli və ya çoxtərəfli razılaşmanı təmin edəcək sənəd qoyulsun” – deyə Prezident vurğulayıb və əlavə edib ki, hazırda Ermənistan məhz belə danışıqlar aparır.

Daha çox göstər
Back to top button