Azərbaycan internet azadlığının səviyyəsinin aşağı düşdüyü ölkələr arasında liderlərdən biridir: Freedom House

Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir, 18 ölkə isə öz göstəricilərini yaxşılaşdırıb. Bu barədə “Feedom House” insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında bildirilir.
Bəzi tendensiyalar qlobal azadlığın ardıcıl 14-cü il azalmasına səbəb olub. İl ərzində ən çox azalma Qırğızıstanda, daha sonra Azərbaycan, Belarus, İraq və Zimbabvedə qeydə alınıb.
Təşkilat nümunə olaraq 2023-cü ilin sentyabrında Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi təcavüzü zamanı baş vermiş insidenti, Bakı hakimiyyətinin bir neçə nəfəri, o cümlədən keçmiş diplomat Eman İbrahimovu sosial şəbəkələrdə tənqidi yazılara görə bir ay müddətinə həbs etdiyini qeyd edib.
Hesabata görə, Ermənistan növbəti dəfə azad internetə malik ölkə kimi tanınıb.







