
Daha bir böyük iqlim konfransı diktatura rejiminə kömək edir. Bu barədə “The Washington Post” yazır.
BMT-nin növbəti iqlim konfransına ev sahibliyi edən Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı dəhşətli tarix var.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında iştirak edən ölkələr illik iqlim konfransına kimin ev sahibliyi edəcəyinə qərar verdikdə, qərar meyarları namizəd ölkənin infrastrukturu, iqlim öhdəlikləri, siyasi sabitlik və maliyyə resurslarıdır. Amma ümumiyyətlə demokratiya və ya insan haqları deyil.
Bunun nəticəsi isə təbii ki, dünyanın diktator hökmdarlarından birinin və dünyanın ən böyük qalıq yanacaq entusizastlarından birinin əli ilə təkrarlanan “yaşıl yuyulma” nümunələridir.
Yüksək səviyyədə ekoloji maarifləndirmə ilə əlamətdar olan bir dövrdə şirkətlər və ya dövlətlər tez-tez bu istiqamətdə əhəmiyyətli addımlar atmadan öz imicini artırmaq üçün ekoloji tendensiyalardan istifadə etmək kimi aldadıcı təcrübəyə əl atırlar. Bu da “yaşıl yuyulma” adlanır.







