
Olivye Dekotin: “Azərbaycan ermənilərin Artsaxa qayıtmasına icazə verməyə borcludur”
Sual: – Cənab səfir, Ermənistan və Azərbaycan nümayəndələri uzun müddətdir yalnız ABŞ dövlət katibinin vasitəçiliyi ilə görüşürlər. Bu vəziyyət Brüssel formatının uğursuzluğuna işarə edirmi? Niyə belədir?
Cavab: — Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri arasında müzakirə baş tutdu və bu görüş ABŞ Dövlət Katibi Blinkenin təşəbbüsü ilə təşkil olundu.
Bu isə Avropa Birliyinin vasitəçiliyindən imtina edilməsi mənasını vermir. AB hələ də hər iki tərəfə öz xidmətlərini təklif edir. Bildiyimə görə, Ermənistan AB-nin təklifini rədd etməyib.
Əgər ümumi baxsaq, danışıqlar və onların nəticələrinə, ən mühüm addımlar, xüsusilə 2022-ci ilin oktyabrında tərəflərin Avropa Birliyi və Prezident Makronun iştirakı ilə Praqada görüşü zamanı məhz AB-nin vasitəçiliyi ilə atılıb.
Orada tərəflər Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiq etdilər ki, bu da ədalətli və davamlı sülhün qurulması üçün vacib bir addımdır.
Sual: – Azərbaycan sülh sazişi imzalamaq üçün davamlı olaraq yeni şərtlər irəli sürür və Qərb vasitəçilərinə qarşı mənfi münasibət göstərir. Bu sazişin imzalanması barədə fikriniz nədir?
Cavab: – Mənim fikrimcə, sülh sazişinin imzalanması təcili bir zərurətdir. Ermənistanın Baş naziri dəfələrlə bəyan edib ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb.
Baş nazir bu razılaşdırılmış hissəni sazişin əsası kimi imzalamağa hazırdır və qalan məsələlər üzrə sonradan müzakirələr aparıla bilər.
Azərbaycan xüsusilə də beynəlxalq diqqət COP 29 yəni, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı çərçivəsində onlara yönəldiyi üçün xüsusi məsuliyyət daşıyır.
Bu mərhələdə Azərbaycanın əsas məsuliyyəti Ermənistana sülh sazişi təklif etməkdir.
Sual: – Bəs əgər Azərbaycan bu sazişi COP 29-dan əvvəl imzalamaqdan imtina etsə, nə baş verə bilər?
Cavab: – Bu suala Azərbaycan cavab verməlidir. Bizim mövqeyimiz aydındır: sülh sazişi üzrə şərtlər mövcuddur və o, ən qısa müddətdə, yəni COP 29-dan əvvəl imzalanmalıdır .
Sual: – Azərbaycan daima Ermənistanın onun mövqelərinə atəş açdığı barədə iddialar səsləndirir, lakin AB müşahidə missiyası bu cür sərhəd gərginliklərinin reallığı əks etdirmədiyini bildirir.AB bu missiyanı genişləndirməyi nəzərdə tuturmu?
Cavab: – Mən Azərbaycanın və Rusiya tərəfindən Avropa missiyasına yönəlmiş tənqidlərdən çox təəccüblənirəm. Eyni sözləri həm Rusiyadan, həm də Azərbaycandan eşitmək kifayət qədər maraqlıdır. Sanki eyni ifadələr rus dilindən Azərbaycan dilinə, yaxud əksinə, tərcümə olunmuşdur.
Lakin faktlara baxsaq, Avropa missiyası təmas xəttində hərbi insidentlərin sayının azalmasına töhfə vermişdir. Mən real insidentlərdən danışıram, saxta xəbərlərdən deyil.
Təmas xətti yaxınlığındakı Ermənistan kəndlərinin sakinləri atəş təhlükəsi və hətta münaqişənin yenidən başlaması təhlükəsi ilə üzləşirlər, onlar bu missiyanın varlığını alqışlayırlar.
Mən Avropa Birliyinin missiyasının patrulları ilə birlikdə olub və yerli sakinlərlə görüşmüşəm. Onlar üçün Avropa missiyası təhlükəsizlik nişanəsidir və dünyanın onları unutmadığını göstərir.
Buna görə Fransa, digər AB ölkələri ilə birlikdə, missiyanın genişlənməsində israr etdi və bu, artıq baş verir. Missiyanın heyəti təxminən iki dəfə artırılacaq və onun imkanları genişləndiriləcək. Bu, bölgədə sabitliyin təmin edilməsində ən vacib töhfələrdən biridir.
Sual: – Missiyanın ümumi sayı nə qədər olacaq?
Cavab: – Missiyanın iştirakını təxminən iki dəfə artırmaq planlaşdırılır ki, bu da bir neçə yüz nəfər deməkdir. Onlar olduqca effektiv fəaliyyət göstərirlər.
Son illərə nəzər salsaq, yalnız Google ilə “silahlanmış” bir neçə onlarla Avropa müşahidəçisi – onlar mülki şəxslərdir, silahlanmamışdırlar – regionun sabitliyinə, Dağlıq Qarabağda rus qüvvələrindən daha çox töhfə verib.
Sual:- Bu, AB-nin Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən geri çəkməyəcəyinimi göstərir?
Cavab: – Missiyanın mandatı Brüsseldə müəyyən edilir.
Saul- Fransanın milli bayramında çıxışınızda Fransanın Dağlıq Qarabağ xalqının geri qayıtma hüququndan imtina etməyəcəyini qeyd etdiniz. Bu məsələdə Yerevanla Parisin mövqeləri üst-üstə düşürmü? Və bunu necə təsəvvür edirsiniz?
Cavab- Ermənistana 100,000-dən çox qaçqın köç edib. Dağlıq Qarabağın demək olar ki, bütün erməni əhalisi qaçmağa məcbur olub.
Deyirəm “məcbur olub”, çünki bu könüllü qərar deyildi. Doqquz aylıq blokadadan və hərbi hücumdan sonra bu könüllü qərar ola bilməzdi.
Xüsusilə 5 oktyabrda Frankofoniya Beynəlxalq Təşkilatı tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunurdu ki, bu insanlar köçməyə məcbur edilmişdi. Birinci olaraq biz bu insanlara və Ermənistana kömək etdik.
Fransa 2023-cü ildə Dağlıq Qarabağ qaçqınlarına və onları qəbul edən Ermənistan icmalarına humanitar yardım baxımından ilk donor ölkə olub.
Bu kövrək əhali hələ də dəstəyə ehtiyac duyur. Bu isə onların geri qayıtma hüququndan imtina etmək demək deyil. Çünki geri qayıtma hüququ fikir deyil, bu, öhdəlikdir.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarı BMT üzvü olan bütün dövlətlər, o cümlədən Azərbaycan üçün məcburidir.
Əlbəttə, bilirik və qaçqınlar da bilirlər ki, indi geri dönmək üçün heç bir şərait yoxdur. Ermənistan hökuməti ilə bu mövzuda heç bir fərq yoxdur.
İlk növbədə, biz Ermənistan hökumətinin qaçqınların inteqrasiyası üçün göstərdiyi səylərə dəstək veririk.
İkincisi, Ermənistan hökumətinin təşəbbüsü ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrası prosesi başlandı.
Sual: – Faktiki olaraq, Siz bu məsələni mümkün olan həllə qədər təxirə salırsınız?
Cavab: – Bəli, biz bu məsələni təxirə salırıq və onun mümkün olmasına çalışırıq.
Sual – Rəsmi məlumatlara görə, artıq təxminən 9000 qaçqın Ermənistandan ayrılıb. Beynəlxalq donorlar qaçqınlara yardımın hədəfli olmasını necə təmin edirlər? Donorlar, Ermənistan hökuməti və Dağlıq Qarabağ qaçqınları arasında əməkdaşlıq varmı?
Cavab: – Bu əsas məsələdir. Təcili yardım mərhələsi başa çatıb. İnsanların böyük bir axınının, maşınlarla və yük maşınları ilə gorisə gəldiyi, travma keçirmiş insanların köçmə mərhələsi artıq bitmişdir.
İndi Dağlıq Qarabağ qaçqınlarının Ermənistanda yerləşməsi və yaşaması üçün iqtisadi və sosial şərtlər və xidmətlər təmin edilməlidir.
Onlardan bəziləri gediblər, çoxları isə Rusiyaya gediblər, çünki orada ailələri var. Ermənistanda isə məskunlaşma və inteqrasiya üçün iqtisadi dəstək proqramları müzakirə edilir.
Sual: – Ən çox narazılıq mənzil proqramları ilə bağlıdır. Bu məsələ bütün maraqlı tərəflərlə müzakirə olunurmu?
Cavab: – Bu məsələ birbaşa Ermənistan hökuməti ilə müzakirə olunur. Məsələ həmçinin mənzil sahəsində aktiv olan Fransa İnkişaf Agentliyi və Fransanın qeyri-hökumət təşkilatları ilə də müzakirə olunur.
Məsələn, Fransa Erməni Fondu tərəfindən təmir edilən və Dağlıq Qarabağ qaçqınlarına təklif edilən kəndlər var.
Təbii ki, Fransa Ümumdünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarında səs sahibidir.
Biz bu qurumları Ermənistana və xüsusi olaraq Ermənistan mənzil proqramlarına dəstək verməyə təşviq edirik.
Sual: – Fransa YUNESKO-nun aktiv üzvüdür. Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsinin qarşısını almaq üçün YUNESKO missiyası göndərilməsi ilə bağlı hansı irəliləyişlər var?
Cavab: – Dağlıq Qarabağda erməni mədəniyyət irsinin məhv edilməsi — dini abidələr, məzarlar, mülki binalar, adi evlər və hətta bütün yaşayış yerlərinin məhv edilməsi bizi çox narahat edir.

Fransa Mədəniyyət naziri ötən il Yerevana səfəri zamanı bu məsələ ilə bağlı çox dəqiq danışmışdır. Frankofoniya Beynəlxalq Təşkilatının üzvləri də 2023-cü il oktyabrın 7-də Ermənistanla bağlı bəyanatında bu məsələni açıq şəkildə bildirmişlər.
YUNESKO-nun Dağlıq Qarabağa girişi olmalıdır.
Sual: – Ermənistanla Fransa arasında müdafiə əməkdaşlığı çərçivəsində silah və sursat alınmasına dair müqavilələr bağlanıb. Bu əməkdaşlığın genişləndirilməsi üçün hansı imkanlar var? Ermənistanın KTMT-yə üzvlüyü daha dərin hərbi əməkdaşlığa mane olurmu?
Cavab: – Biz Ermənistanın “dondurulmuş üzvlük” kimi xarakterizə etdiyi KTMT üzvlüyünü, xalqını, ərazilərini və suverenliyini qorumaq üçün Ermənistanın ehtiyacı olan hərbi texnikanın təmin edilməsinə maneə kimi görmürük.
Biz bunu açıq şəkildə demişik və NATO üzrə müttəfiqlərimiz də daxil olmaqla tərəfdaşlarımıza bildirmişik. Bizim üçün heç bir tabu yoxdur.
Biz başqa ölkələrin, o cümlədən Hindistanın da Ermənistanla hərbi əməkdaşlıq qurmasına şadıq və daha çox ölkənin qoşulacağını gözləyirik.
Sual: – Bütün sifarişlər çatdırılıbmı?
Cavab: – Çatdırılmalarla bağlı suala cavab verməyəcəyəm. Lakin bizim əməkdaşlığımız bir dəfəyə xas \deyil, yalnız bir sifariş olmayıb.
Ötən il sifariş edilən CAESAR sistemi daxil olmaqla, yeni sifarişlər var. Burada sazişin imzalanıb, çatdırılaraq Ermənistanı unudulması nəzərdə tutulmur.
Məsələ Ermənistan ordusunun modernləşmə prosesində onunla çiyin-çiyinə olmaqdır. Hərbi texnika yalnız bir hissədir. Təlim və hərbi doktrina da çox vacibdir.
Biz Ermənistan ordusuna həm Ermənistanda, həm də Fransada təlimlər keçir və Ermənistan Müdafiə nazirliyinə məsləhət veririk.
Sual: – Ermənistanın AB-nə qoşulma perspektivi varmı?
Cavab: – Birincisi, bu, Ermənistanın namizəd olub-olmamaq qərarıdır və bu, Ermənistanın suveren qərarıdır. Ermənistanda yaşayan və fərqli təbəqələrdən olan ermənilərlə görüşən biri kimi görürəm ki, ermənilər Avropaya can atırlar.
Mədəniyyət baxımdan, hüququn aliliyinin gücləndirilməsi və erməni demokratiyasının möhkəmləndirilməsi baxımından erməni cəmiyyətində böyük maraq var.
Ermənistan artıq Avropa Siyasi Birliyinin üzvüdür. Bu, Prezident Makronun yalnız AB üzvlərini deyil, həm də üzv olmayan Avropa ölkələrini bir araya gətirərək yalnız Avropa Birliyinə deyil, bütün Avropa qitəsinə aid olan ümumi məsələləri həll etmə təşəbbüsüdür.
Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında ən böyük irəliləyiş məhz bu çərçivədə baş verib.
Sual: – Bəs, Ermənistanı AB-də gözləyirlərmi?
Cavab: – Bu, sadəcə romantika deyil, bu, siyasi və texniki prosesdir. AB Ermənistana açıqdır və ən yaxşı nümunə, son vaxtlar Fransa tərəfindən dəstəklənən, Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlanması qərarıdır.
Sual: – Cənab səfir, “Hetq” redaksiyası hər gün Ermənistan vətəndaşlarından Şengen vizası almaq çətinlikləri ilə bağlı şikayətlər alır.
İnsanlar çox vaxt vasitəçi turizm agentliklərinə sənədləri təqdim etmək üçün görüş təyin etmələri üçün məcbur olub pul ödəyirlər.
Bu məsələni həll etmək üçün AB ölkələrinin səfirlikləri, xüsusilə də Sizin səfirliyiniz tərəfindən, viza liberallaşdırılana qədər hansı tədbirlər görülür?.
Cavab: – Viza üçün görüşlər pulsuzdur və yalnız səfirliklər həmin görüşləri təyin edə bilər. Hər hansı bir təşkilat sizə görüş təyin edəcəyini deyirsə, sizi aldadır və bunun üçün pul tələb edərsə, sizi soyur.
Bu adamlar fırıldaqçı və oğrudurlar. Mən sizin oxucularınızı onları ifşa etməyə çağırıram, bizə həmin şirkətlərin adlarını verin, biz araşdıracağıq. Ermənistandakı Avropa konsulluqları həqiqətən də yüklənmişdir.
Bunun səbəbi, daha çox insanın Avropanı ziyarət etmək istəməsidir. Pandemiya dövründə səyahət proqramları təxirə salınmışdı və indi insanlar itirdiklərini bərpa etməyə çalışırlar.
Fransaya gəlincə, indi Marsel, Paris və Liona birbaşa reyslər də daxil olmaqla, Fransaya getmək üçün daha çox seçiminiz var, həmçinin Air France ilə Parisə ənənəvi reys də var.
Ermənistanla münasibətlərimiz güclənir ki, bu da bir çox insanın işgüzar, hərbi və mədəni məqsədlərlə səfər etməsi deməkdir. Bu səbəbdən biz viza bölməmizi gücləndiririk.
İndi də viza müraciətinin ilk addımlarını — viza qərarı yox, yalnız barmaq izləri və müraciət sənədlərinin toplanmasını səlahiyyətli təşkilata həvalə edirik.
Sual: – Bu il Prezident Makronun Ermənistana səfəri gözlənilirmi?
Cavab: – Prezident Baş nazirin dəvətini alıb. Bildiyiniz kimi, son aylar Fransanın daxili siyasi həyatı kifayət qədər mürəkkəb olub. İndi hökumət formalaşıb, burada uzun illər Ermənistanın dostu olmuş bir sıra siyasətçilər, o cümlədən 1995-ci ildə Avropa məsələləri üzrə gənc nazir olarkən bu səfirliyi açmış baş nazirimiz var.
Liderlərimiz daimi əlaqədədirlər. Oktyabrın 3-də Baş nazir Paşinyan Parisdə olub, Frankofoniya sammitində iştirak edib və prezident Makronla şam edib.
Şəhərdə onlarla dövlət və hökumət başçısı olmasına baxmayaraq, prezidentimiz Ermənistanın baş naziri ilə şam yeməyi seçdi. Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir.
Sual: -Müsahibə üçün təşəkkür edirəm , cənab səfir.
Cavab: – Təşəkkür edirəm”.







