
2025-ci ildə Ermənistan atom enerjisinin inkişafına 26 milyard dram ayıracaq. Bu barədə ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bidlirib.
O qeyd edib ki, ayrılan məbləğdən təxminən 12,5 milyard dram Ermənistanda fəaliyyət göstərən AES-in istismar müddətinin uzadılmasının birinci mərhələsini başa çatdırmaq üçün istifadə olunacaq.
Sanosyan qeyd edib ki, yeni yaradılmış “AES-in yeni atom enerji blokunun tikintisi” dövlət müəssisəsinin maliyyələşdirilməsinə 828 milyon dram məbləğində əlavə vəsait ayrılıb. Müəssisə yeni stansiyanın yerinin seçilməsi, onun tikintisi, gələcəkdə isə idarə olunması ilə məşğul olacaq.







