
Yüksək texnologiyaları naziri Mxitar Hayrapetyan ilk erməni peyki ArmSat-1 tərəfindən çəkilmiş fotoları özünün X sosial şəbəkədəki səhifəsində dərc edib.
“ARMSAT-1 tərəfindən orbitdən çəkilmiş müxtəlif fəsillərdə gözəl vətənimiz Ermənistan”, – nazir yazıb.

Xatırladaq ki, Ermənistanın ilk kosmik peyki 2022-ci il mayın 25-də SpaceX kosmik gəmisi tərəfindən Yerin orbitinə buraxılıb. Bu, Ermənistan dövləti “Geocosmos” QSC və İspaniyanın “Santlantis” şirkətinin əməkdaşlığı nəticəsində mümkün olub.

ArmSat-1 sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması, idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər məqsədlər üçün nəzərdə tutulub.









