
Futbol üzrə Ermənistan milli komandasının yeni baş məşqçisi 2025-ci ilin yanvarında açıqlanacaq.
Bu barədə Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyan bildirib
“Hazırda biz bir neçə tanınmış şəxs və təşkilatla danışıqlar aparırıq. Biz təkcə milli komandanın məşqçisini dəvət etmək istəmirik, həm də erməni futbolunda məşqçilər korpusu, milli komanda akademiyaları ilə bağlı qlobal dəyişikliklər etmək istəyirik”, – deyə Melikbekyan bildirib.
Onun sözlərinə görə, FFA yeni məşqçini 2025-ci ilin yanvarında təqdim edəcək.







