BaşlıcaSiyasət

Hərbi Sənaye Komitəsinin nümayəndə heyəti Vietnam Defence Expo-2024-da iştirak edib

Ermənistan Respublikası Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi Sənaye Komitəsinin nümayəndə heyəti dekabrın 19-22-də Vyetnamda olub. Bu barədə məlumatı Ermənistanın Vyetnam, Laos, Kamboca və Filippindəki səfirlyi yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmin günlərdə Hanoyda təşkil olunmuş 2-ci Vietnam Defence Expo-2024 sərgisində, Vyetnam Xalq Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmiş, eləcə də Vyetnam Müdafiə Nazirliyinin və müdafiə sənayesi kompleksinin əsas şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Daha çox göstər
Back to top button