
Rusiyanın xarici işlər naziri Sergey Lavrov həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyi Ermənistanın suveren hüququ hesab edir.
Lavrov Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün layihəni təsdiqləmək qərarına toxunaraq qeyd edib ki, bu, Yerevanın suveren seçimidir, lakin müsbət və mənfi tərəfləri ölçüb-biçmək lazımdır.
“Ermənistanın qanuni rəhbərliyinin gözlənilən yerdə istənilən beynəlxalq təşkilata qoşulma prosesinə başlamaq qərarı suveren qərardır. Amma bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, istisadi sektorla məşğul olanların məsuliyyətidir”, – Sergey Lavrov qeyd edib.
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında imzalanacaq sənəd haqqında danışan Lavrov Yerevan bu qərarını da suveren hesab edərək qeyd edib ki, Moskvanın kiminlə əməkdaşlıq edəcəyini diktə etmir.
“Dünən eşitdim ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq sazişi imzalayacaq. Ancaq bu, iki ölkənin suveren qərarıdır.
Biz də Qərb ölkələri ilə bir sıra müqavilələrdə “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu sazişlər heç vaxt bu və ya digər iştirakçıdan üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”, – Lavrov bildirib.







