BaşlıcaSiyasət

Strasburqda AŞPA-nın qış sessiyası davam edir: Gündəmdə Azərbaycan nümayəndə heyətinin taleyidir

AŞPA-nın Strasburqda keçirilən qış sessiyası gündəliyin ən mühüm bəndlərindən biri kimi Qəzzada baş verən humanitar böhran və beynəlxalq nizamın yenilənməsi zərurəti ilə bağlı müzakirələrlə başlayıb.

Avropa Parlamentinin deputatları Belarusdakı seçkiləri, Gürcüstandakı parlament seçkilərini, Avropada immiqrasiya və əhalinin yaşlanmasını, söz azadlığını və s. məsələləri müzakirə edəcəklər.

Həll olunmayan məsələlər arasında bir il əvvəl AŞPA-da səsvermə hüququndan məhrum edilmiş Azərbaycan nümayəndə heyətinin taleyi də var.

AŞPA ölkə hakimiyyətinə insan haqları pozuntularını aradan qaldırmaq və siyasi məhbusları azad etmək üçün vaxt verib. Həmin vaxta qədər nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməyəcək.

Daha çox göstər
Back to top button