BaşlıcaSiyasət

Azərbaycan Rusiyanın sərhədində terrorçular axtarır

Fevralın 3-dən 10-dək Azərbaycanın sərhədində terrorçuların aşkar edilməsi əməliyyatı davam edir, bu barədə Rusiyanın РИА Новости agentliyinə Azərbaycanın DİN mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Sərhəd–qalxan” şərti adı altında Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında genişmiqyaslı operativ-axtarış və profilaktik tədbirlər həyata keçirilir.

Əməliyyatlar daxili işlər nazirləri arasında əldə edilmiş  qarşılıqlı razılaşmaya əsasən icra olunur.

Əməliyyatın əsas məqsədləri bunlardır:

Sərhəd əməkdaşlığı ilə bağlı qərarların icrası,

Transmilli mütəşəkkil cinayətkar qrupların və terror təşkilatlarının üzvlərinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi,

Silahların, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin daşınmasına yönəlmiş maliyyə və maddi resursların əldə edilməsi yollarının aşkar edilməsi və qarşısının alınması, həmçinin digər qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi.

Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında polis məntəqələri yaradılıb.

Daha çox göstər
Back to top button