BaşlıcaSiyasət

AB viza liberallaşdırılması çərçivəsində Ermənistana ilk ekspert missiyası gəlib

Avropa Birliyi viza liberallaşdırılması fəaliyyət planının hazırlanması çərçivəsində Ermənistan Daxili İşlər nazirinin müavini Armen Ğazaryan AB-nin ilk ekspert missiyasının nümayəndələrini qəbul edib.

Görüşdə Ermənistan Daxili İşlər nazirliyinin, Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş İdarəsinin, Qonşuluq və Genişlənmə Danışıqları Baş İdarəsinin, Xarici Fəaliyyət Xidmətinin, FRONTEX-in eləcə də AB nümayəndə heyətinin təmsilçiləri iştirak ediblər.

Alınan məlumata görə, Ermənistan Daxili İşlər nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir müavini viza liberallaşdırılması prosesində mühüm bir sıra mövzulara toxunub.

O, xüsusilə miqrasiya sahəsində mövcud vəziyyət, yeni biometrik sənədlərin tətbiqi, vətəndaşlıq məsələləri, miqrasiya və sığınacaq idarəçiliyi, rəqəmsallaşma prosesləri və digər məsələlərdən danışıb.

Daxili İşlər nazirliyində aparılan genişmiqyaslı islahatlara toxunan Armen Ğazaryan vurğulayıb ki, AB ilə sıx əməkdaşlıq sayəsində Daxili İşlər nazirliyinin səlahiyyət dairəsinə aid olan bir çox istiqamətlərdə əhəmiyyətli irəliləyiş əldə edilib.

 Bu kontekstdə o, xüsusilə miqrasiya, vətəndaşlıq və polis sahələrinə diqqət çəkib.

AB ekspert missiyası fevralın 10-14-də Ermənistanda mövcud vəziyyətin və problemlərin təhlilini aparacaq. Bu qiymətləndirmə, Ermənistan vətəndaşları üçün AB-nə vizasız girişə nail olmaq üçün lazım olan kriteriyaların müəyyən edilməsinə töhfə verəcək. Görüş zamanı AB missiyası nümayəndələrinin suallarına hərtərəfli cavablar verilib

Daha çox göstər
Back to top button