
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Hindistana səfər etməyi planlaşdırır. Alınan məlumata görə, o, bu barədə hökumətin sual-cavab iclasında Ermənistan və Hindistan arasında dərinləşən əməkdaşlığa toxunaraq bildirib.
Mirzoyan vurğulayıb ki, Ermənistan həm Hindistan, həm də Çinlə fəal dialoq aparmağa davam edir.
“Biz həm Hindistan, həm də Çinlə çox fəal dialoqdayıq. Əməkdaşlığımız müxtəlif sahələri əhatə edir” – deyə nazir qeyd edib.
O, həmçinin bu gün Çin Xarici işlər nazirliyi ilə siyasi məsləhətləşmələrin aparıldığını, nəticədə tərəflərin birgə press-reliz yaydığını bildirib.
“Həm Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, həm də Ermənistanın “Sülhün kəsişməsi” layihəsi müsbət qarşılanıb” – deyərək Mirzoyan vurğulayıb.







