
Martın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında bir sıra konqresmenlər Ankaranın yürütdüyü siyasətlə bağlı çıxış ediblər.
Hazırda ABŞ-da çoxluq təşkil edən respublikaçılar əsasən Türkiyə ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
Konqresmen Dina Titus Yunanıstanı ABŞ üçün regionda daha etibarlı və ardıcıl müttəfiq hesab edir:
“Mən Türkiyəni çox etibarlı müttəfiq kimi görmürəm”
Titusun partiya yoldaşı Julie Johnson da onlardan çox şey gözlədiklərini, lakin onlara qarşı pis davrandıqlarını söylədi.
“Özlərini balaca uşaq kimi aparırlar”
Türkiyə mətbuatında Demokratiyaları Müdafiə Fondunun baş direktoru Conatan Şanzer də ABŞ-ın Türkiyəyə qarşı addım atmamasını yanlış hesab edib.
Bundan əlavə, o, Ərdoğanı demokratik nizama inanmamaqda ittiham edib.







