BaşlıcaSiyasət

İran beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır: Əraqçı

İran beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

“Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayırıq. Biz hər iki ölkəni yekun sənədi mümkün qədər tez imzalamağa çağırırıq.

Biz region ölkələrinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq sərhədlərin dəyişdirilməsinə, eləcə də istənilən geosiyasi dəyişikliyə qarşıyıq. Bu, İran İslam Respublikasının sabit mövqeyidir”, – İranın xarici işlər naziri bildirib.

O qeyd edib ki, regiondakı bütün problemlər region daxilində, dialoq və diplomatiya yolu ilə, güc tətbiq edilmədən həll edilməlidir.

Daha çox göstər
Back to top button