ArtsaxBaşlıcaMədəniyyət

Afinada Dağlıq Qarabağda təhlükə altında olan erməni mədəni irsinə həsr olunmuş tədbir keçirilib

 Ermənistan Respublikasının Yunanıstandakı səfirliyinin dəstəyi və Yunan-erməni Dostluq Assosiasiyasının təşəbbüsü ilə Afina Qəzetlərinin Redaktorlar Assosiasiyasının zalında Dağlıq Qarabağda təhlükə altında olan erməni mədəni irsinə həsr olunmuş tədbir keçirilib.

Ermənistanın Yunanıstandakı səfirliyinin Facebook səhifəsi xəbər verir ki, tədbirdə Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan, Yunan-erməni Dostluq Assosiasiyasının prezidenti Andonis Pavlidis və Ermənistandan dəvət olunmuş tarixi elmlər namizədiç Yerevan Dövlət Universistetinin mühazirəçi, mədəni irsin eksperti Armine Tiqranyan çıxış ediblər.

Tədbiri Yunanıstanın Ermənistandakı ilk səfiri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Lonidas Xrizantopulos koordinasiya edib.

Mənbənin sözlərinə görə, səfir Mkrtçyan açılış nitqində qeyd edib: “2023-cü ildə Dağlıq Qarabağda etnik təmizləmədən sonra minilliklər tarixi olan erməni mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Ermənistan təhlükə altında olan erməni mədəni irsinin qiymətləndirilməsi, sənədləşdirilməsi və qorunması üçün UNESCO-nun müstəqil ekspertinin təcili olaraq Dağlıq Qarabağa göndərilməsini dəstəkləyir”.

Səfir təhlükə altında olan abidələr arasında Amaras monastırını, Vankasar, Yeğişe Arakyal monastırını, Dadivank və Qandzasar, Tsitsernavank, Kataro monastırını, minlərlə xaçkarı, məzar daşlarını və çoxsaylı başqa yerləri sadalayıb. O qeyd edib ki, “bu abidələr sadəcə keçmişin qalıqları deyil, regionda erməni sivilizasiyasının canlı şahidləridir”.

Səfirlikdən verilən məlumata görə, Antonis Pavlidis çıxışında qeyd edib: “Kilsə və mədəniyyət abidələri hər bir xalqın tarixinin təməl daşlarıdır və onların mövcudluğu xalqın keçmişinin danılmaz sübutudur. Əgər onlar məhv edilərsə, o tarix təhrif olunacaq. O, Bakının UNESCO missiyasının Dağlıq Qarabağa daxil olmasına süni maneçilik törətmək siyasətini pisləyib.

Qeyd olunur ki, tədbirin əsas məruzəçisi, mədəni irs üzrə ekspert Armine Tiqranyan Dağlıq Qarabağın mədəni irsinin Azərbaycan tərəfindən dağıdılması və Artsax ermənilərinin mədəni hüquqlarının müdafiəsi haqqında ətraflı məruzə təqdim edib.

Tədbirin əvvəlində erməni mədəni dəyərlərinə və abidələrinə qarşı vandalizm səhnələrini əks etdirən qısa videoçarx nümayiş olunub. Tədbirin sonunda iştirakçılara Pravoslavlıq üzrə Parlamentlərarası Assambleya tərəfindən hazırlanmış və çap olunmuş və Dağlıq Qarabağın erməni mədəni irsinə həsr olunmuş 2025-ci il təqvimləri paylanmışdır.

Daha çox göstər
Back to top button