
Görünür ki, ABŞ-İran münasibətlərinin tənzimlənməsi Trampın hədəflədiyi şeydir, lakin İsrail və Türkiyə amillərini nəzərə aldıqda bu çox mürəkkəb prosesdir. Bununla bağlı beynəlxalq mütəxəssis Suren Sarkisyan öz səhifəsində yazıb.
O, xüsusilə qeyd edib: “Aydındır ki, İranın güclənməsi nə İsrailin, nə də Türkiyənin maraqlarından irəli gəlmir. İsrailə gəldikdə hər şey aydındırsa, Türkiyəyə amilində isə bu bir neçə komponentdən ibarətdir.
Ankaradan Rusiya-Amerika münasibətlərinin tənzimlənmə prosesinə nə qədər əsəbi yanaşdıqlarını görmək kifayətdir. Bu, Zelenskini Ankaraya dəvət etməklə, onun başı üzərində çətir tutmaqla və Ukraynada qoşun yerləşdirmək ilə bağlı müxtəlif bəyanatlarla əlamətdar edilir.
Hamı üçün aydındır ki, Rusiya-Amerika yaxınlaşması şəraitində Ankara özünün həm Rusiya, həm də ABŞ üçün olan “əvəzolunmaz strateji tərəfdaş” rolunu və əhəmiyyətini itirəcək. Daima belə olub: Qərb-Rusiya gərginliyi zamanı Türkiyə faktoru daim əhəmiyyət qazanıb və ya əksinə.
Digər senaridə isə, ABŞ-İran münasibətləri tənzimsə və sanksiyalar ləğv edilsə, İran inkişaf etmiş iqtisadiyyatı və infrastrukturu ilə regional iqtisadi və siyasi nəhəngə çevriləcək.
Türkiyənin təbii balansını təşkil edən İran, Cənubi Qafqazda və onun hüdudlarından kənarda Türkiyə-Azərbaycan hərəkətləri üçün məhdudlaşdırıcı amil olacaq.
Bu senari də, xüsusilə Çinin artan təsirini məhdudlaşdırmaq baxımından Vaşinqtonun siyasətində İranın çox əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, real görünür.
Ümumiyyətlə, Trampın hər hansı hesablamasının əsasında Çinin məhdudlaşdırılması əsas önəmlik kimi durur (Tramp hətta Hindistanı, İranı və Rusiyanı Çinə qarşı maneə kimi qiymətləndirir).
Bəs Türkiyə və İsrail İran-Amerika yaxınlaşmasına mane olmaq üçün, məsələn, Azərbaycan vasitəsilə regionu qeyri-sabitləşdirmək yolu ilə cəhd göstərəcəklərmi?
Syunikə qarşı mümkün tədbirlər İranın kəskin reaksiyasına səbəb ola bilər, bu da Türkiyə və İsrailin münaqişəyə qoşulmağına imkan yaradar.
Bu şəraitdə Vaşinqton və Moskva artıq prosesdən kənarda qala bilməz, bu da bütün mövcud razılaşmaların yenidən formalaşmasına gətirib çıxarar.
Son günlərdə Amerika diplomatiyasının fəallığına – Rubionun zənglərindən tutmuş ABŞ səfirinin Ermənistanda Syunikə səfərinə qədər – nəzər salsaq, görərik ki, Amerika diplomatiyası məhz bu mənfi senarini əngəlləməyə çalışır”.







