
Almaniya prezidenti Frank-Valter Ştaynmayer martın 31-də Yerevanda Komitas Muzey-İnstitutunda olub və burada çıxış edib.
Komitas Muzey-İnstitutunda təşkil olunmuş mədəni ziyafətdə Almaniya prezidenti Ştaynmayer Almaniya ilə Ermənistan arasında sıx əlaqələrin olduğunu vurğulayıb.
Almaniya prezidenti qeyd edib ki, əgər Almaniya Prezident Ermənistanın paytaxtında durub bir yaz şeiri oxuyursa, bu, iki məna kəsb edə bilər
“Həqiqətən də bahar gəlib və güman ki, biz Komitas muzeyindəyik, burada bir az əvvəl gördüyümüz kimi alman lirikası öz daimi yerini tutur.
Bu mahnılar ən böyük erməni bəstəkarının Qərb poeziyasına, eyni zamanda Frans Şubertdən Riçard Ştrausa qədər həmin poeziya əsasında yazılmış musiqiyə nə qədər bağlı olduğunu təsirli şəkildə nümayiş etdirir. Əlbəttə, hamınız bilirsiniz ki, Komitas erməni musiqisinin atası hesab olunur. Asiya ilə Avropa arasında yerləşən, min illik Şərq, eyni zamanda xristian mədəniyyətinin möhürünü daşıyan, tarixi əzab, təqib və sürgünlərlə dolu olan bu bibliya ölkəsini heç kim onun kimi təcəssüm etdirməmişdir.
Komitasın mahnılarında erməni xalqının ruhunun danışdığını deyirlər. Onun taleyi ölkəsinin taleyi ilə sıx bağlıdır. O da mənim ölkəmlə sıx bağlı idi. Berlinlə əlaqəsi onu mədəniyyət, din və elm sahələrində alman-erməni əlaqələrinin pionerinə çevirib”.
Ştaynmayer çıxışında qeyd edib ki, çox yaxında Yerevanda iki ölkənin mədəni əlaqələrinin həyatla dolacağı, alman-erməni dostluğunun doğma yurdu olacaq daha bir yer olacaq.
“İndiyədək Göte Mərkəzi kimi fəaliyyət göstərən strukturun Göte İnstitutuna çevrilməsinə artıq qərar verilib. Açılış mütləq bu il planlaşdırılır. Biz hamımız buna sevinirik və mən əminəm ki, Göte İnstitutu mədəni əlaqələrimizi bundan sonra da möhkəmləndirəcək”.







