BaşlıcaMədəniyyət

The Guardian: “Ermənistanda yürüşdən sonra naharın dadı heç nə ilə müqayisə olunmaz”

Qonşu Gürcüstan Qafqaz macəraları və mətbəxi mövzusunda ümumi diqqəti cəlb etsə də, Ermənistanda yürüşdən sonrakı naharın “ibtidai həzzini” heç nə ilə müqayisə etmək olmaz və orada yürüş həvəskarları daha azdır.

 Bu barədə britaniyalı jurnalist Kerolayn Eden The Guardian nəşrində yazıb.

“Yaşıl dağlar: Qafqazda reseptlərlə səyahət” adlı yeni kitabım üçün bir neçə ayımı Ermənistanın şəhərlərini, vadilərini və təpələrini araşdırmağa sərf etdim.

Bəlkə də Ermənistan qonşu Gürcüstanın uca zirvələri ilə öyünə bilməz, lakin ora daha az turist cəlb edir və macəra hissi çox vaxt daha güclü olur.

Uzun yürüşlərim zamanı heç bir piyada səyyahla qarşılaşmadım ki, bu da dağlarda sakitlik axtaranlar üçün əvəzedilməzdir.

Ermənistanda yürüşlər macəraların yalnız bir hissəsidir, mədəniyyət də səyahətçilərin daimi yoldaşıdır. Cənubi Qafqazın ən böyük gölü olan Sevanın yaxınlığında mən Yazıçılar Evində gecələdim – 1930-cu illərdə mərhələli şəkildə inşa olunmuş futuristik memarlıq incisi. Bu gün isə bina mehmanxana kimi fəaliyyət göstərir.

Daha çox göstər
Back to top button