BaşlıcaSiyasət

Ermənistan XİN: “Azərbaycana 972 minalı sahə xəritəsi təqdim edilib”

Ermənistanın Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan, Factor.am-in sorğusuna cavab olaraq Azərbaycan XİN-in “erməni tərəfinin minalı ərazilərin xəritələrini tam təqdim etmədiyi” iddiasına münasibət bildirib.

 “Humanitar məsələlərə üstünlük verərək, Ermənistan 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində heç bir şərt qoymadan tək tərəfli şəkildə Azərbaycana 972 minalı sahənin xəritə və təsvirini təqdim edib”- deyə

Badalyan qeyd edib.

Bundan əlavə, humanitar əməkdaşlıq prinsiplərinə sadiq qalaraq, Ermənistan 2024-cü ilin əvvəlində əlavə sorğular əsasında yeni minalı sahələrin xəritələrini hazırlayıb Azərbaycana ötürüb.

Azərbaycan tərəfi bu xəritələrin dəqiqliyini davamlı şəkildə şübhə altına alır, halbuki biz dəfələrlə bildirmişik ki, “daha yaxşı və ya daha dəqiq” xəritələr mövcud deyil.

Ermənistan keçmişdə olduğu kimi indi də bu xəritələrin dəqiqliyinin beynəlxalq mütəxəssislər iştirakı ilə yoxlanılmasına hazırdır.

 Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi, Azərbaycanın Ermənistana qarşı minalaşdırma ittihamı əsasında müvəqqəti tədbirlər tətbiq edilməsi tələbini qəti şəkildə rədd edib”.

Daha çox göstər
Back to top button