
Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram (1AMD= 0.0026USD) təşkil edib. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan keçirdiyi mətbuat konfransında deyib.
“Martın 31-nə dövlət borcu 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da ötən ilin dekabrın 31-nə 4,4% artıb. 2024-cü ilin yekunlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti 1 faiz azalıb”.
O, əmin edib ki, borcların cəlb edilməsi və həcmi ER büdcəsi və ortamüddətli borc strategiyası ilə nəzərdə tutulub. Nazir onu da vurğulayıb ki, daxili borcun ümumi borcda xüsusi çəkisi artaraq 50 faiz səviyyəsinə çatıb. Hovhannisyan bunu kifayət qədər yaxşı göstərici hesab edib.
“Bizim kimi ölkələrdə daxili borc 20-30 faiz təşkil edir. Bizdə də eyni səviyyə var idi və son illərdə biz bu payı artıra bilmişik ki, bu da valyuta risklərini müəyyən qədər azaldır”, – nazir bildirib.







