İctimaiyyət

Gürcüstanda avtomobil daşımalarının 19%-i Rusiya-Ermənistan marşrutu ilə həyata keçirilir

2024-cü ildə Gürcüstanda avtomobil yolu ilə yükdaşımaların həcmi 4% artaraq rekord həddə – 14,8 milyon tona çatıb. Bu barədə TBC Capital yazır.

Onların əhəmiyyətli bir hissəsini qonşu dövlətlər vasitəsilə tranzit daşımalar təşkil edir. Sputnik Gürcüstan yazır ki, 19%-i Rusiya-Ermənistan marşrutu üzrə, 9%-i isə Türkiyə-Azərbaycan və Türkiyə-Rusiya arasında daşımalardır.

Ötən il Gürcüstana ümumilikdə 875,7 min yük avtomobili daxil olub, bu da 2023-cü illə müqayisədə 3% çoxdur. Ən çox (241,2 min yük maşını) Türkiyə, ikinci yerdə Rusiya ilə sərhədi (200,6 min yük maşını) keçib.

Daha çox göstər
Back to top button