BaşlıcaEkonomika

Ermənistanda kölgə gəlirləri 200-300 milyard dram təşkil edir: DGK sədri

Hazırda müxtəlif hesablamalara görə, Ermənistan iqtisadiyyatında 2-3 faiz kölgə gəliri var ki, bu da dram ifadəsində təxminən 200-300 milyard dram təşkil edir.

“Armenpress”in məlumatına görə, bunu mətbuat konfransı zamanı Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan deyib. O qeyd edib ki, söhbət kölgə gəlirlərindən gedir, yəni qanunvericiliyə görə nə qədər vergi yığılmalı idi, amma alınmayıb.

DGK sədrinin sözlərinə görə, kölgə iqtisadiyyatının ümumi həcmi müxtəlif hesablamalara görə ÜDM-in təxminən 20-22 faizini təşkil edir. “Bir neçə il əvvəl bu, ÜDM-in 35-40 faizini təşkil edirdisə, indi müxtəlif hesablamalara görə, bu, 20 faiz daxilindədir”, – DGK sədri bildirib.

Onun sözlərinə görə, son illər Ermənistanda kölgə iqtisadiyyatının həcmi iki dəfə azalıb. Onu da qeyd edilib ki, sektorlar üzrə kölgə iqtisadiyyatının həcmi ən çox ticarət və tikinti sektorundadır.

Daha çox göstər
Back to top button