Başlıcaİctimaiyyət
Azərbaycan ömür uzunluğu indeksinə görə 166-cı yerdədir

Azərbaycan orta ömür uzunluğuna görə reytinqin sonuncu pillələrində qərarlaşıb. “Global Relocate” beynəlxalq təşkilatının son hesabatına görə, Azərbaycan 166-cı yerdədir. Ölkədə orta ömür uzunluğu cəmi 69,4 ildir. Azərbaycandan fərqli olaraq, regionun digər ölkələrində – Gürcüstan və Ermənistanda bu göstərici nisbətən yüksəkdir: Gürcüstanda 71, Ermənistanda isə 72 ildir.
Dünya reytinqinin birinci pilləsində 85,9 il göstərici ilə Monako, sonuncu yerdə isə orta ömür uzunluğunun 52,5 il olduğu Nigeriya qərarlaşıb.







