
Ermənistan süni intellektin qlobal hərəkatına sadəcə müşahidəçi kimi deyil, yeni imkanlar yaradan bir tərəf kimi qoşulur. Firebird şirkəti, Ermənistan hökuməti və NVIDIA, aylarla davam edən hazırlıq işlərindən sonra birgə layihəyə start verirlər.
Bu layihə bölgənin texnoloji xəritəsini köklü şəkildə dəyişəcək – deyə bu jaqda Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan öz “Facebook” səhifəsində yazıb.
Layihə çərçivəsində:
500 milyon dollar məbləğində investisiya qoyulacaq,
minlərlə NVIDIA Blackwell GPU yerləşdiriləcək,
100 meqavatdan artıq gücə malik infrastruktur yaradılacaq,
zavodun fəaliyyəti 2026-cı ildə başlayacaq.
“Süni İntellekt zavodu innovasiya, təhsil, elm və sahibkarlıq üçün bir platformaya çevriləcək.
Bu, həm yerli, həm də beynəlxalq startapların inkişafını stimullaşdıracaq, elmlə texnologiya arasında körpü rolunu oynayacaq və Ermənistanı süni intellektin yaradıldığı regional texnoloji mərkəzə çevirəcək.
Bu təşəbbüslə Ermənistan təkcə qlobal texnoloji dəyişikliklərə cavab vermir, eyni zamanda həmin proseslərin aktiv iştirakçısına çevrilir.
Yerli potensialın beynəlxalq inkişaflara uyğun müasir həllər yaratması üçün yeni bir platforma formalaşır. Bu, ölkəmizin uzunmüddətli texnoloji inkişafı üçün strateji bir investisiyadır” – deyə nazir əlavə edib.







