BaşlıcaSiyasət

Rusiya Erməniləri İttifaqının rəhbəri bu məsələ ilə bağlə Rusiya XİN-ə müraciət edib

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək, İranda baş verən hadisələrlə əlaqədar Bakıda təcili eniş edən təyyarələrdə ermənilərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyi xahiş edib.

İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən iyunun 13-də səhər saatlarında Bakıya 10-dan çox təyyarə enib. Onların arasında Moskva, Minsk, Kazan və digər yerlərdən Dubaya uçuşlar olub.

Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var.

“Rəsmi Bakının onilliklər ərzində Azərbaycan cəmiyyəti arasında yaydığı ermənifobiya siyasətini, habelə 44 günlük müharibədən əvvəl və sonra Bakıda peyda olmuş ermənilərin həbsi və onlara qarşı qəddar rəftarının məlum faktlarını nəzərə alaraq, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan Rusiya Federasiyasının erməni vətəndaşlarına qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. 

Rusiya Erməniləri İttifaqı həmçinin Ermənistan Xarici İşlər Nazirliyini onların iradəsi əleyhinə Bakıya enmiş ermənilərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırır”, – bəyanatda  vurğulanır.

Daha çox göstər
Back to top button