Başlıcaİctimaiyyət

Yunanıstanda casusluqda şübhəli bilinən azərbaycanlı həbs edilib

Yunanıstan hakimiyyəti Krit adasının şimal-qərb sahilində yerləşən Souda hərbi dəniz bazasında fotolar çəkdirərkən yaxalanan azərbaycanlını casusluqda şübhəli bilinərək həbs edib. “Armenpress” xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

26 yaşlı gənc iyunun 22-də Milli Kəşfiyyat Xidmətinin (EYP) Yunanıstan polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Şübhəlinin Azərbaycanda doğulduğu, lakin Polşa pasportu olduğu bildirilir. Kişi iyunun 18-də oteldə otaq kirayələyib və Suda körfəzinin mənzərəsini istəyib. O, bir aylıq qalmaq üçün əvvəlcədən pul ödəyib, lakin məlumatlara görə, otaqdan çətinliklə çıxıb. Onun kamerasından və noutbukundan toplanan rəqəmsal sübutlar dəniz bazasına daxil olan və çıxan gəmilərin təxminən 5000 faylını ehtiva edir. Mənbələrin məlumatına görə, şübhəli Yunanıstan hakimiyyəti ilə əməkdaşlıq etmir. Səlahiyyətlilər onun bir neçə gün əvvəl Kiprin Limasol şəhərində Britaniya hərbi bazaları ilə bağlı casusluqda şübhəli bilinərək həbs edilən digər azərbaycanlı ilə mümkün əlaqəsini araşdırır.

Həbs İsrailin xarici işlər naziri Gideon Saarın iyunun 21-də axşam saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktı törətməyə cəhd etdiyini elan etməsindən sonra baş verib. Qeyd olunur ki, hücumun qarşısı Kiprin təhlükəsizlik orqanları tərəfindən İsrail təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində alınıb.

Daha çox göstər
Back to top button