BaşlıcaSiyasət

İranşünas: “İranda hakimiyyət dəyişikliyini hələlik istisna edirəm”

Məşhur rusiyalı ekspert və iranşünas Karine Gevorgyan bu mərhələdə İranda hakimiyyət dəyişikliyini istisna edib. Ekspert fikrini jurnalistlərlə söhbətdə, jurnalistin sualına cavab olaraq bildirib.

Ekspertin fikrincə, iranlı mühacirlər, vaxtilə rus mühacirlər kimi, birləşirlər və öz xalqına qarşı hərəkət etmək istəmirlər.

“Bu şəraitdə hətta müxalif fikirdə olan insanlar bunu yaxşı başa düşürlər, teokratiyaya (ilahiyyat dövlətinə) necə yanaşmalarından asılı olmayaraq.

Və iranlı mühacirlərin sürgün hökuməti qura bilməməsi o deməkdir ki, onlar yuxarıda qeyd olunan prinsipə əsasən İran cəmiyyətini parçalaya bilmədilər.

Onlar deyirlər: daxili mübarizəmiz və tələblərimiz bir şeydir, amma biz öz xalqımıza qarşı hərəkət edə bilmərik, bu təbii deyil”- ekspert qeyd edib.

Gevorgyan eyni zamanda İranın Xarici işlər nazirinin Moskvaya səfərini şərh edib: “Əgər söhbət hər hansı qarşılıqlı əlaqədən olsaydı, hətta açıq şəkildə olmasa belə, bu səfərə ehtiyac olmazdı.

Mən səfəri həm digər ölkələrə ünvanlanmış mesaj, həm də çox gizli məlumatın birbaşa ötürülməsi üçün zərurət hesab edirəm, bu məlumat hətta gizli yollarla ötürülə bilməzdi.

Hər əlavə səfər riskdir. Bu o deməkdir ki, səfər zəruri idi ki, məlumat şəxsən Vladimir Vladimiroviçin qulağına çatdırılsın”-deyə  ekspert qeyd edib.

Daha çox göstər
Back to top button