BaşlıcaSiyasət

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yaxın zamanda uğurlu nəticələnmək üzrədir

Bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə keçirilən görüşdən sonra mətbuat konfransında danışıb.

Tramp qeyd edib ki, artıq bir neçə münaqişə onun prezidentliyi dövründə həll olunub, o cümlədən Hindistan-Pakistan, Ruanda-Kongo münaqişələri və növbəti həll ediləcək proses Ermənistan-Azərbaycan arasında sülh prosesidir, hansı ki, tezliklə uğurlu nəticə verəcək.

O, həmçinin Qəzza zolağı ilə bağlı yaxın vaxtlarda yeniliklər verəcəyini vəd edib.

ABŞ Prezidenti Ukrayna məsələsində Moskva ilə 50 gün ərzində razılıq əldə olunmazsa, Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq edəcəyini də bildirib.

Ukraynaya göndərilən silahların ödənişini isə NATO üzvü ölkələrin edəcəyini təsdiqləyib.

Bu açıqlamalar fonunda Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həllinə dair danışıqların davam etdiyi və yaxın perspektivdə razılaşmanın imzalanmasının gözlənildiyi bildirilir.

Tramp administrasiyası bu prosesdə fəal iştirak edir və regionda davamlı sülhün təmin olunması üçün çalışır

Daha çox göstər
Back to top button