BaşlıcaSiyasət

“Кавказарь”:  “Türkiyə mediası Bakıda “Qərbi Azərbaycan” mövzusunu təbliğ etdiyinə görə təriflənib”

“Kavkaz” teleqram kanalı yazır ki, Bakıda Azərbaycan mətbuatına həsr olunmuş mərasimdə Türkiyənin TRT, İHA və Anadolu Ajansı media qurumları Qarabağ müharibəsində və xarici siyasətdə Bakının gündəminin təbliğində “sədaqətli xidmətlərinə” görə mükafatlandırılıblar.

“Tədbirdə Türkiyə və Azərbaycanın informasiya müharibəsində simvolik birliyi vurğulanıb, Türkiyə mediasının Azərbaycanın maraqlarının qorunmasında “tarixi missiyası”, o cümlədən Ermənistan adlandırdıqları “Qərbi Azərbaycan” mövzusunun təbliği yüksək qiymətləndirilib.

Mükafatlandırma mərasimi ilə paralel olaraq “Qərbi Azərbaycan xalçaların gözü ilə” adlı sərgi keçirilib və sərgidə “azərbaycanlıların öz tarixi torpaqlarına, yəni Ermənistana qaytarılması” ideyası təbliğ olunub.

Türkiyə Azərbaycandakı media varlığını ardıcıl olaraq gücləndirərək, Bakıya ərazi iddiaları üçün ideoloji zəmin yaratmağa və öz siyasətini legitimləşdirməyə kömək edib.

Telegram kanalı yazır: “Azərbaycan getdikcə öz mediası üçün Türkiyənin təbliğat maşınından asılı vəziyyətə düşür”.

Daha çox göstər
Back to top button