BaşlıcaSiyasət

Ermənistanda respondentlərin 49 faizi Ermənistanın Aİ üzvlüyünün lehinə səs verəcəklərini bildirib

Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sosioloji sorğuda iştirak edən respondentlərin 49 faizi bu bazar günü məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə Ermənistanın Avropa İttifaqına üzvlüyünə səs verəcəklərini bildirib.

Respondentlərin 49 faizi lehinə, 15 faizi əleyhinə, 31 faizi səs verməyəcəyini, 5 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Respondentlərin 37 faizi Avropa İttifaqına daxil olmağın əsas üstünlüyünün təhlükəsizliyin gücləndirilməsi, 18 faizi isə əsas üstünlüyün iqtisadiyyatın gücləndirilməsi olduğunu bildirib.

Respondentlərin 10 faizinin fikrincə, Avropa İttifaqına daxil olmağın əsas üstünlüyü ölkənin inkişafıdır, 5 faiz viza liberallaşdırılmasını əsas üstünlük hesab edib, 5 faiz demokratiyanın inkişafıdır.

Sorğu 16-26 iyun 2025-ci il tarixləri arasında aparılmışdır. Sorğu 18 və yuxarı yaşda olan 1505 nəfər arasında keçirilib.

Daha çox göstər
Back to top button