Başlıcaİctimaiyyət

“Ailəmi qorumaq naminə : “Nikol Paşinyan Anna Hakopyanla evlənməməsinin səbəbini açıqlayıb

ER Baş naziri Nikol Paşinyan “Təhsil dəbdədir” kampaniyası çərçivəsində Anna Hakopyanla hələ də qanuni nikahda olmamalarının səbəbini açıqlayıb.

“1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər, əmlakım müsadirə olunacaq, ailəmi qorumaq naminə ailə qurmamışam.

Birgə alsaq da, ev alanda Annanın adına yazılıb.

Başa düşdüm ki, məhkəmə olacaq, mənə nə edəcəklər? Heç olmasa övladlarımın yaşamağa yeri olardı.

“O ev Annanın adına olmalı və Annanın mənimlə heç bir de-yure əlaqəsi olmamalıdır ki, məndən keçib işimizlə yaratdığımızı götürməsinlər.

Bizim evlənməmək üçün başqa səbəbimiz olmayıb” – deyə  Paşinyan bildirib.

Daha çox göstər
Back to top button