BaşlıcaSiyasət

Rusiya Ermənistanı “Tramp marşrutu” layihəsinin yaradılmasında dəstəkləyir: Overçuk

Rusiya Azərbaycanla “Tramp marşrutu” layihəsinin yaradılmasında Ermənistanı dəstəkləyir. “Armenpress”in məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandıran Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz bu məsələyə aşağıdakı kontekstdə baxırıq: Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğunu düşünürsə, əlbəttə ki, biz Ermənistanı dəstəkləyirik”, – Overçuk bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də Vaşinqtonda “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” bəyannaməsini imzalayıblar.

Bəyannamənin 4-cü bəndində xüsusilə qeyd olunur: “Ermənistan Respublikası Ermənistan Respublikası ərazisində Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) kommunikasiya proqramının həyata keçirilməsi çərçivəsini müəyyən etmək üçün Amerika Birləşmiş Ştatları ilə işləyəcək və üçüncü tərəflərlə qarşılıqlı razılıq əldə edəcək. Biz bu məqsədə mümkün qədər tez nail olmaq üçün bütün tədbirləri vicdanla görməyə qərarlı olduğumuzu təsdiq edirik”.

Daha çox göstər
Back to top button