
Baş nazir Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.Bu haqda bu barədə hökumətdən məlumat verilir.
Görüş zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyinə aid məsələlər müzakirə olunub. Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın cari mövzularına da toxunublar.
Ticarət dövriyyəsinin həcmlərinin dinamikasına, həmçinin birgə proqramların icrasının gedişatına diqqət yetirilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.







