BaşlıcaSiyasət

Mirzoyan Vaşinqtonda imzalanmış sənədlər haqqında

Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış saziş və bəyannamədə Ermənistanla Azərbaycan arasında sülhün olduğu qeyd olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Bu, Ermənistanın baş naziri, Azərbaycan prezidenti və ABŞ prezidentinin şahid qismində imzaladığı bəyannamədə qeyd olunub. Bu, Sülh və Münasibətlərin qurulması haqqında müqavilənin paraflanmasında qeyd olunub.

Paraflanmış saziş və imzalanmış bəyannamə hər iki ölkə üçün qarşılıqlı faydadan qaynaqlanır və üzərində qurulub”,- Mirzoyan vurğulayıb.

Daha çox göstər
Back to top button