Başlıcaİctimaiyyət

Ermənistanda 6 ayda 14 min 609 nəfər anadan olub, 13 min 12 nəfər isə vəfat edib

Ermənistanda bu ilin ilk yarısında 14 min 609 nəfər anadan olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1007 nəfər azdır.

Eyni müddət ərzində 13 min 12 nəfər vəfat edib ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınan ölüm sayından 58 nəfər azdır.

Xəbər agentliyinə istinadən, bu məlumatlar Statistika Komitəsi tərəfindən açıqlanan məlumatlarda göstərilib.

Əhalinin təbii artımı 1597 nəfər təşkil edib. Bu ilin ilk yarısında ölü doğulmuş uşaqların sayı azalıb.

Ölü doğulan uşaqların sayı 197 nəfər olub ki, bu da ötən ilin eyni dövründəki 229 nəfərlik göstəricidən aşağıdır.

Ermənistanda yanvar-iyun aylarında 6388 nikah qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azdır.

 Lakin boşanma hallarının sayı artıb. 2352 boşanma qeydə alınıb (ötən ilin yanvar-iyun aylarında bu rəqəm 2220 idi).

Daha çox göstər
Back to top button