BaşlıcaEkonomika

Azərbaycan bu ilin ilk yarısında ən çox investisiyanı İsrailə etdi

Azərbaycanın İsraildə, Aralıq dənizində yerləşən Tamar qaz yatağının işlənməsi layihəsinə investisiyaları yarım milyard dollar təşkil edib.

Bu  barədə  Azərbaycan Mərkəzi Bankının nümayəndəsi açıqlayıb. 2025-ci ilin ilk yarısında bu investisiyalar 542,5 milyon dollara çatmışdır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,35 milyard dollar olub. Beləliklə, İsrail bu ilin ilk yarısında Azərbaycanın ən çox investisiya etdiyi ölkəyə çevrilib.

2025-ci ilin may ayında İsrailin Antiinhisar İdarəsi Azərbaycanın dövlət neft şirkətinə Tamar yatağının işlənməsi layihəsində 10% payın alınmasına icazə vermişdi.

Daha çox göstər
Back to top button