
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana noyabrın 4-dək Bakı həbsxanalarında saxlanılan 23 erməni məhbusun saxlanması və sağlamlıq vəziyyəti ilə bağlı hesabat təqdim etməyi tapşırıb.
Avropa Məhkəməsində erməni məhbusların maraqlarının təmsilçisi Siranuş Saakyan AzadlıqRadiosuna bildirib ki, hələ iyul ayında Azərbaycan tərəfi hesabat təqdim etmək öhdəliyini götürmək üçün məhkəməyə müraciət edib. Lakin Ermənistan hökumətinin və məhbusların Avropa Məhkəməsindəki nümayəndələrinin etirazlarından sonra məhkəmə yekunda Azərbaycanın vəsatətini rədd edərək, Bakıya erməni məhbuslarla bağlı məlumat təqdim etməyi tapşırıb.
Bakı həbsxanalarındakı erməni məhbuslar 3 aya yaxındır ki, tam təcrid olunublar və heç bir müstəqil beynəlxalq təşkilat onlara baş çəkməyib. Onların saxlanması, səhhəti, psixoloji durumu barədə məlumat yoxdur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri sonuncu dəfə iyun ayında erməni əsirlərə baş çəkiblər. Bu beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinin tələbi ilə bu gündən etibarən Bakıdakı fəaliyyətini həmişəlik dayandırıb.







